Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dörd taekvondo klubu bir arada



Bölgələrdə 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr edilmiş silsilə idman tədbirləri keçirilməkdədir. Belə bir turnir bu gün Şamaxı Olimpiya İdman Kompleksində keçirilib.

Belə ki, adı çəkilən idman qurğusunda taekvondo üzrə "Sərhədçi", "Qafqaz-Arena", Şamaxı Olimpiya İdman kompleksi və Şamaxı rayonu Sabir qəsəbəsi komandalarının iştirakı ilə yoldaşlıq görüşü keçirilib.

Turnirdə ümumilikdə 40-a yaxın idmançı iştirak edib. Yekunda isə müvafiq olaraq "Sərhədçi" I yeri, "Qafqaz-Arena" II yeri, Şamaxı Olimpiya İdman Kompleksi və Sabir qəsəbə komandaları III yerə layiq görülüb.

"Sərhədçi" taekvondo klubunun baş məşqçisi, III dan qara kəmər sahibi Elmir Fərəcovun dediklərindən:

- Son vaxtlar Şamaxı Olimpiya İdman Kompleksi inkşaf xəttilə irəliləyir. Kompleksin təşkil etidiyi müxtəlif idman yarışlarlı yaddaqalan olur. Yarışılar çox gərgin və maraqlı keçir. Əməyi keçən hər kəsə təşəkkür edirəm.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi











Facebook-da paylaş

Xəbəri paylaş