Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondo üzrə turnir keçirilib



Şamaxı Olimpiya İdman Kompleksində taekvondo idman növü üzrə Şamaxı, Sumqayıt və eləcə də Şamaxı rayonu Sabir qəsəbəsinin taekvondo komandalarının yoldaşlıq görüşü keçirilib.

Yarış 10 çəki dərəcəsi üzrə 2005, 2006 və 2007-ci il təvəllüdlü idmançılar arasında baş tutub. Turnirdə məşqçilər Xanım Osmanovanın, Nicat Mikayılovun, İsa İsayevin və Alxas Məmmədovun yetirmələri güclərini sınayıb.

Yekunda Şamaxı Olimpiya İdman Kompleksinin komandası 8 qızıl, Sumqayıt komandası 7 qızıl və Sabir qəsəbə komandası 5 qızıl medal əldə edib.

Yoldaşlıq görüşünün sonunda məşqçilər turnir haqqında fikirlərini bildiriblər:

Sumqayıt taekvondo mərkəzinin direktoru Nicat Mikayılov:

"Şamaxı Olimpiya İdman Kompleksi bizim üçün doğma məkandır. Burada idmana xüsusi diqqət var. Bir çox idman növləri burada yeni inkişaf mərhələsinə qədəm qoyub. Taekvondoya isə xüsusi diqqət var. Kompleksin rəhbərliyinə belə dəstəyə görə çox sağ olun deyirəm".

"Cavidan" taekvondo klubunun rəhbəri İsa İsayev:

"Onu demək istəyirəm ki, belə yoldaşlıq görüşləri, komandaları növbəti yarışlara hazırlaşdırır. Mənim respublika səviyyəli bir çox tələbəm məhz belə yarışlarda üzə çıxıb. Şamaxı Olimpiya İdman Kompleksində bütün yarışlar yüksək səviyyədə keçirilir. Hər dəfə belə yoldaşlıq görüşlərinə ciddi hazırlaşırıq."

Tural Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş