Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fiziki aktivlik sağlam həyat tərzinin əsasıdır



Şamaxı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin doktorantı Qasım Əmrahlının yerli əhali üçün "Fiziki aktivlik sağlam həyat tərzinin əsası kimi" mövzusunda mühazirəsi təşkil olunub.

Tədbiri Şamaxı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rəşad Əliyev açaraq, lektoru yerli əhaliyə təqdim edib və sözü qonağa verib.

Daha sonra çıxış üçün söz Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi Gülnurə Babaşovaya verilib. Gülnurə Babaşova Bilik Fondunun apardığı silsilə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Əlavə olaraq fiziki aktivliyi artırmağın və bunun vacibliyi haqqında çıxış üçün söz Şamaxı Olmpiya Mərkəzində yeni yaradılmış fitnes klubun məşqçisi Xanım Osmanovaya verilib. Tədbirin sonunda lektor iştirakçıları maraqlandıran suallara cavab verib.

Alxas Məmmədov









Facebook-da paylaş

Xəbəri paylaş