Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Federiko Valverde “Real Madrid” kapitanlığından məhrum edilə bilər



İspaniyanın “Real Madrid” klubu məşqdən sonra baş vermiş dava edən futbolçular Federiko Valverde və Orelyen Çuameniyə müxtəlif sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.

BrendSport.az
xəbər verir ki, klub rəhbərliyi Valverdedən kapitanlıq sarğısının alınmasını müzakirə edir.

İddiaya görə, uruqvaylı futbolçunun bəzi davranışları uzun müddətdir komanda daxilində narazılıq yaradır. Onun kapitana xas nümunəvi hərəkətlər etmədiyi bildirilir. Ən sərt cəzanın isə 27 yaşlı yarımmüdafiəçinin satışa çıxarılması ola biləcəyi qeyd olunub.

Xatırladaq ki, dava nəticəsində Federiko Valverde başından xəsarət alıb və xəstəxanaya yerləşdirilib. İnsidentdən sonra hər iki futbolçu 500 min avro cərimələnib.


Facebook-da paylaş

Xəbəri paylaş