Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib



“Qarabağ”ın futbolçusu Kamilo Duran UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda “Ayntraxt”a (Almaniya) 3:2 hesabı ilə qalib gəldikləri görüşdə “matçın oyunçusu” seçilib.

BrendSport.az
xəbər verir ki, o, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşmada dubl edib.

Futbolçu 4-cü və 80-ci dəqiqələrdə adını tabloya yazdırıb.

Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb.

Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə “Liverpul” klubuna qarşı keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş