Əsas Səhifə > Maraq > “Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilibBu gün, 00:00 |
![]() “Qarabağ”ın futbolçusu Kamilo Duran UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda “Ayntraxt”a (Almaniya) 3:2 hesabı ilə qalib gəldikləri görüşdə “matçın oyunçusu” seçilib. BrendSport.az xəbər verir ki, o, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşmada dubl edib. Futbolçu 4-cü və 80-ci dəqiqələrdə adını tabloya yazdırıb. Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb. Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə “Liverpul” klubuna qarşı keçirəcək. Geri qayıt |