Lebron Ceymsin 1297 oyunluq uğurlu seriyası sona çatıb

“Los-Anceles Leykers”in təcrübəli basketbolçusu Lebron Ceyms NBA-nın müntəzəm mövsümündə “Toronto Reptors”la keçirilən matçda 10 xal səddini keçə bilməyib.
BrendSport.az xəbər verir ki, 40 yaşlı oyunçu matçı 8 xalla başa vurub. Bununla da ulduz basketbolçunun 1297 oyunluq seriyası sona çatıb.
Görüş Los-Anceles klubunun 123:120 hesablı qələbəsi ilə yekunlaşıb.
Lebron Ceyms bu mövsüm NBA-nın müntəzəm mövsümündə “Los-Anceles Leykers”in heyətində 6 oyun keçirib. O, bu qarşılaşmalarda orta hesabla 14 xal, 4,3 ribaund və 7,8 məhsuldar ötürmə ilə yadda qalıb.
Facebook-da paylaş





















