"Los Anceles Leykers" Lebron Ceymsə 162 milyon dollarlıq yeni müqavilə təklif etməyə hazırlaşır
"Los Anceles Leykers" ulduz basketbolçu Lebron Ceymsə 162 milyon dollarlıq yeni müqavilə təklif etməyə hazırlaşır.
BrendSport.az xəbər verir ki, müqavilə 3 il müddətinə nəzərdə tutulub.
39 yaşlı amerikalı basketbolçunun klubla hazırkı müqaviləsi bu yay başa çatacaq. Basketbolçu, hələ ki, gələcəyi ilə bağlı qəti cavab verməyib.
Klub həmçinin basketbolçunun oğlu ilə eyni matçda oynamaq arzusunu həyata keçirmək üçün layihədə Bronni Ceymsin də xidmətindən yararlanmağa hazırdır.
Qeyd edək ki, L.Ceyms 2018-ci ildən "Los Anceles Leykers"in formasını geyinir.
Facebook-da paylaş