Əsas Səhifə > Maraq > Lebron Ceymsin 1297 oyunluq uğurlu seriyası sona çatıb
Lebron Ceymsin 1297 oyunluq uğurlu seriyası sona çatıbBu gün, 11:11 |
![]() “Los-Anceles Leykers”in təcrübəli basketbolçusu Lebron Ceyms NBA-nın müntəzəm mövsümündə “Toronto Reptors”la keçirilən matçda 10 xal səddini keçə bilməyib. BrendSport.az xəbər verir ki, 40 yaşlı oyunçu matçı 8 xalla başa vurub. Bununla da ulduz basketbolçunun 1297 oyunluq seriyası sona çatıb. Görüş Los-Anceles klubunun 123:120 hesablı qələbəsi ilə yekunlaşıb. Lebron Ceyms bu mövsüm NBA-nın müntəzəm mövsümündə “Los-Anceles Leykers”in heyətində 6 oyun keçirib. O, bu qarşılaşmalarda orta hesabla 14 xal, 4,3 ribaund və 7,8 məhsuldar ötürmə ilə yadda qalıb. Geri qayıt |