Türkiyə mətbuatı: Fatih Terim Çexiya millisinin yeni baş məşqçisi olacaq

Türkiyəli tanınmış futbol mütəxəssisi Fatih Terim yenidən işinin başına qayıtmaq üzrədir.
BrendSport.az xəbər verir ki, 72 yaşlı təcrübəli çalışdırıcı Çexiya millisinin yeni baş məşqçisi olacaq.
İddiaya görə, yaxın vaxtlarda “İmperator” ləqəbli Terimlə rəsmi müqavilə imzalanacaq. O, özü də Çexiya yığmasında işləməyə hazırdır.
Qeyd edək ki, daha çox “Qalatasaray” və Türkiyə millisindəki uğurlu işi ilə tanınan F.Terim son olaraq Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda çalışıb.
Facebook-da paylaş





















