Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Necati Ateş: “Fatih Terimə Azərbaycandan təkliflər gəlir”



“Fatih Terimə Azərbaycan və Qətərdən müntəzəm təkliflər gəlir”.

BrendSport.az
xəbər verir ki, bunu Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq futbolçusu Necati Ateş yerli mətbuata açıqlamasında deyib.

Terimin “Qalatasaray”da köməkçisi olmuş mütəxəssis Azərbaycanda çalışmaq ehtimalını istisna etməyib: “Fatih Terim məşqçilik karyerasını başa vurmayıb və yenidən çalışmaq istəyir. Türkiyədə yalnız “Qalatasaray”ın sükanı arxasına keçər. Amma ölkə xaricində çalışması da mümkündür. O, hər an karyerasını bərpa edə bilər”.

Qeyd edək ki, Fatih Terim məşqçilik karyerası ərzində “Qalatasaray”la yanaşı, Türkiyə yığmasına, eyni zamanda, İtaliyada “Fiorentina” və “Milan”a da rəhbərlik edib.


Facebook-da paylaş

Xəbəri paylaş