Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununa təyinat alıb



Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

BrendSport.az
xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş