Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahmat ulduzları MDB Oyunlarına dəstək olacaq



Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarına dəstək məqsədli yarış keçiriləcək.

BrendSport.az
xəbər verir ki, sentyabrın 25-də Gəncədəki Heydər Əliyev parkında Nizami yurdunun şahmat ulduzları yoldaşlıq matçı və seansda iştirak edəcəklər. “Gəncənin şahmat ulduzları” adlanan yoldaşlıq matçında şəxsi Avropa çempionatının ilk azərbaycanlı qalibi Ülviyyə Fətəliyeva, yeniyetmələr arasında dünya və Avropa çempionu İlahə Qədimova, Azərbaycan yığmasının heyətində üçqat Avropa çempionu Qədir Hüseynov və Azərbaycan çempionu (2012-ci il) Vüqar Rəsulov çıxış edəcəklər.

Yoldaşlıq matçında şahmatçılar duet şəklində mübarizə aparacaqlar. Hər komandada iki nəfər təmsil olunacaq. Yoldaşlıq görüşündən sonra isə şahmat ulduzları Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş