Reklam

VİDEO Bütün Xəbərlər

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ!

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ



Qubada ilk dəfə 100 lövhədə seans keçirildi



Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlərə start verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Qubada ilk dəfə eyni anda 100 lövhədə seans keçirilib.

BrendSport.az
xəbər verir ki, seansda müxtəlif yaş qrupları üzrə dünya və Avropa çempionu olan şahmatçılar – Zeynəb Məmmədyarova, Abdulla Qədimbəyli, Aydın Süleymanlı və Məhəmməd Muradlı iştirak edib.
İki saatdan çox davam edən seansın 18 oyununda heç-heçə qeydə alınıb. 82 görüş beynəlxalq qrosmeysterlərin qələbəsi ilə başa çatıb.
Tədbirin sonunda yeniyetmə şahmatçılara Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan eyni anda 100 lövhədə seanslar növbəti aylarda paytaxt Bakıda və digər regionlarda da təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş