Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Məşhur Formula 1 pilotları paddokda



Artıq Formula 1 pilotları və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan Qran-Prisi üçün Bakı Şəhər Halqasında hazırlıqlara başlayıblar.

BrendSport.az
xəbər verir ki, bu yarış mövsümün 17-ci mərhələsi kimi təqvimdə yer alır. Dünyanın ən məşhur Formula 1 pilotları artıq Bakının paddok ərazisindədirlər. Sabah start götürəcək Azərbaycan Qran-Prisi öncəsi yarış həvəskarları pilotların hazırlıq prosesini yaxından izləmək imkanı qazanırlar.

Paddok komandaların qarajlarının, texniki avadanlıqların, mühəndislərin və pilotların toplandığı əsas mərkəzdir. Burada komandalar bolidlərini yarışa hazırlayır, pilotlar media ilə görüşür, strategiyalar müzakirə olunur və ən vacib qərarlar qəbul edilir. Sadəcə, yarışın ürəyi deyil, həm də onun kulisidir.

Bu gün paddokda Maks Ferstappen, Karlos Sainz, Fernando Alonso və digər dünyaşöhrətli pilotlar ilk rəsmi görünüşlərini təqdim ediblər. Onlar bolidlərini yoxlayıb, mühəndisləri ilə son dəqiqləşdirmələri edərək sabahkı starta hazırlaşıblar.

Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisində ilk dəfə satışa çıxarılan Champions Club biletlərinə paddok turları da daxildir. Sabah start götürəcək yarışla birlikdə bu zona sürət, taktika və adrenalinlə dolacaq və tamaşaçılar unudulmaz anların şahidi olacaqlar.





Facebook-da paylaş

Xəbəri paylaş