Azərbaycanlı hakim-inspektor UEFA-dan yeni təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.
BrendSport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 5-də keçiriləcək Bosniya və Herseqovina – İsrail görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Mostar şəhərində yerləşən “Bijelim Brijeqom” stadionunda baş tutacaq.
Facebook-da paylaş
