Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Konfrans Liqasının oyununa təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
BrendSport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Paksi” (Macarıstan) - AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma iyulun 25-də Paksi şəhərinin eyniadlı stadionunda baş tutacaq.
Facebook-da paylaş