Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FIDE reytinqi: Teymur Rəcəbov irəliləyib, Şəhriyar Məmmədyarov mövqeyini qoruyub



Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sentyabr ayı üçün reytinq cədvəli açıqlanıb.

BrendSport.az
xəbər verir ki, ilk “onluq”da Azərbaycan şahmatçıları yer almayıblar.

Yerli iti zəka sahibləri arasında ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. Aktivində 2733 reytinq xalı olan 39 yaşlı qrosmeyster 17-ci pillədəki mövqeyini qoruyub.

Ötən reytinqlə müqayisədə 2 pillə irəliləyən Teymur Rəcəbov (2700) 31-ci sıraya yüksəlib. Rauf Məmmədov (2637) isə yenidən ilk “100-lüy”ə qayıdıb. O, elə 100-cü yerdə qərarlaşıb.

Azərbaycanın qadın şahmatçıları Günay Məmmədzadəyə (2433) 33-cü, Gövhər Beydullayeva (2395) 53-cü, Xanım Balacayeva (2384) 62-ci, Ülviyyə Fətəliyeva isə (2378) 68-ci sırada yer alıblar.

Siyahıya əvvəlkitək norveçli Maqnus Karlsen (2832) başçılıq edir. ABŞ təmsilçilərindən Hikaru Nakamura (2802) 2-ci, Fabiano Karuana (2798) 3-cüdür.


Facebook-da paylaş

Xəbəri paylaş