Sergey Yakiroviç: "Qarabağ"la oyuna hazır olması üçün Pyatsanı meydana buraxmadıq
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Marko Pyatsanın yerli çempionatda "Şibenik"ə qarşı III tur matçını buraxmasının səbəbi müəyyənləşib.
BrendSport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç oyundan sonra mətbuat konfransında açıqlama verib.
Mütəxəssis 29 yaşlı vingerin zədə səbəbindən meydana çıxmadığını söyləyib: "Cümə axşamı dabanından xəsarət aldı. Ağrıları var idi. "Qarabağ"la qarşılaşmaya hazır olması üçün risk etmədik".
Qeyd edək ki, görüş "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində bu komandaya qarşı ilk matçını avqustun 20-də səfərdə, cavab oyununu isə 28-də Bakıda keçirəcək.
Facebook-da paylaş