Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan taekvondoçusu Paris olimpiadasına Türkiyənin məşhur idmançısı ilə hazırlaşır



Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığın son məşqlərini davam etdirir.

BrendSport.az
xəbər verir ki, 58 kq çəkidə mübarizə aparacaq lisenziyaçımız federasiyanın zalında hazırlığa qatılıb.

Toplanışa bu dəfə Türkiyənin digər tanınmış taekvondoçusu Deniz Dağdelen cəlb edilib.

Klublararası Avropa çempionatı, “Trelleborg Open”, “Palastine open” “Dutch Open” və “Sofia Open”in qalibi ilə hazırlıq taekvondoçumuzun Paris-2024-də daha uğurlu çıxışına hesablanıb. “Spanish Open” və “Turkish Open”inin 2 dəfə qızıl medalını qazanan Dağdelenlə sınaq döyüşləri də keçirilir.

Qeyd edək ki, Maqomedov Fransa paytaxtına avqustun 2-də saat 07:00-da yollanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş