Çempionlar Liqası: “Neftçi”nin Avstriya klubu ilə oyununun başlama saatı açıqlanıb
Qadın futbolçulardan ibarət “Neftçi” komandasının Çempionlar Liqasının I təsnifat mərhələsində Avstriyanın “Sent Polten” klubuna qarşı keçirəcəyi yarımfinal oyununun başlama saatı açıqlanıb.
BrendSport.az xəbər verir ki, sentyabrın 4-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Albaniyanın “Vlajniya” və Gürcüstanın “Lançxuti” komandaları arasında keçiriləcək digər yarımfinal görüşü də eyni saatda başlayacaq.
Qeyd edək ki, bu qrupun oyunları Gürcüstanda keçiriləcək. İyulun 7-də yarımfinalın qalibləri II raunda vəsiqə uğrunda mübarizə aparacaqlar. Uduzanlar isə 3-cü yer uğrunda görüşdə münasibətlərini aydınlaşdıracaqlar.
Facebook-da paylaş