Azərbaycan millisi Avropa çempionatında ardıcıl üçüncü oyunda uduzub
Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.
BrendSport.az xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda İrlandiya yığması ilə qarşılaşıb.
Görüş rəqibin 61:58 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz ilk iki oyunda Portuqaliyaya 34:90, Böyük Britaniyaya isə 51:97 hesabı ilə uduzub. Komanda Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.
Facebook-da paylaş