Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın müdafiəçisi: Azərbaycanı Çempionlar Liqasında ən yaxşı şəkildə təmsil etmək istəyirik



“Avstriyada təşkil olunan təlim-məşq toplanışı plan üzrə keçir. Çox yaxşı şəkildə davam edən hazırlıq prosesinin ilk mərhələsini başa vurmuşuq. Komandamızın daxilində əla əhvali-ruhiyyə var. Hər kəs səylə hazırlıq keçir, məşqlərdə maksimumunu ortaya qoymağa çalışır”.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Avstriyada davam edən təlim-məşq toplanışı barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Almaniyanın “Kayzerslautern” və Çexiyanın “Viktoriya” (Plzen) komandaları ilə yoxlama oyunlarından söz açan müdafiəçi həmin matçların faydasını vurğulayıb: “Keçirdiyimiz iki yoxlama oyunu bizim üçün yaxşı sınaq oldu. Toplanış çərçivəsindəki ilk matçlar idi. Hər oyunçumuz 90 dəqiqə meydanda olmaq şansı qazandı. Bu, fiziki hazırlığımızı görmək baxımından faydalı oldu”.

O, Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri olan Maltanın “Hamrun Spartans” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilmiş oyuna da toxunub: “Əlbəttə, Çempionlar Liqasındakı mümkün rəqiblərimiz arasında ilk oyunda baş verənlərdən xəbərimiz var. “Linkoln” bizə tanış rəqibdir. Cavab oyunu keçirildikdən və rəqibimiz dəqiqləşdikdən sonra həmin komanda ilə bağlı analizlərə başlayacağıq. Məqsədimiz bu mərhələni keçməkdir. Ölkəmizi və klubumuzu ən yaxşı şəkildə təmsil etmək, azarkeşlərimizi həmişəki kimi sevindirmək üçün əlimizdən gələni ortaya qoyacağıq”.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş