Avro-2024: Kuboku “Allianz Arena” stadionuna əfsanəvi futbolçunun həyat yoldaşı gətirəcək
Əfsanəvi futbolçu Frans Bekkenbauerin həyat yoldaşı Haydi Bekkenbauer Almaniyada keçiriləcək Avropa çempionatının açılış mərasimində iştirak edəcək.
BrendSport.az xəbər verir ki, o, turnirin qalib komandasına verilən “Henri Delaunay” kubokunu yarışın ilk oyunun keçiriləcəyi “Allianz Arena” stadionuna gətirəcək.
Dünya futbolunun əfsanələrindən sayılan Bekkenbauer bu ilin yanvarın 7-də 78 yaşında vəfat edib.
Qeyd edək ki, Almaniyanın ev sahibliyi etdiyi Avro-2024 bu gün start götürəcək. Açılış matçında Bundestimlə Şotlandiya seçməsi üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Facebook-da paylaş