Çempionlar Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşib
Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünün ən yaxşı qolu bəlli olub.
BrendSport.az xəbər verir ki, İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Federiko Valverdenin İngiltərənin “Mançester Siti” komandasına vurduğu qol ən yaxşı seçilib. Qərar UEFA-nın texniki müşahidəçilər qrupu tərəfindən qəbul edilib.
Turnirin 1/4 final mərhələsinin ilk matçına təsadüf edən həmin qarşılaşma bol qollu heç-heçə ilə yekunlaşıb – 3:3.
Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının finalında Almaniya təmsilçisi “Borussiya Dortmund”a 2:0 hesabı ilə qalib gələrək tarixində 15-ci dəfə bu titulun sahibi olub.
Facebook-da paylaş