“Avro-2026”: Futzal üzrə Azərbaycan millisinin əsas mərhələdəki rəqibləri bəlli olub
Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin püşkü atılıb.
BrendSport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Vitali Borisovun rəhbərlik etdiyi kollektiv V qrupda İsveç, Yunanıstan və Xorvatiya komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2026-cı il yanvarın 18-dən fevralın 8-dək Latviya və Litvada təşkil olunacaq.
Facebook-da paylaş