Əsas Səhifə > Maraq > “Avro-2026”: Futzal üzrə Azərbaycan millisinin əsas mərhələdəki rəqibləri bəlli olub

“Avro-2026”: Futzal üzrə Azərbaycan millisinin əsas mərhələdəki rəqibləri bəlli olub


30-05-2024, 14:50


Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin püşkü atılıb.

BrendSport.az
xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Vitali Borisovun rəhbərlik etdiyi kollektiv V qrupda İsveç, Yunanıstan və Xorvatiya komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2026-cı il yanvarın 18-dən fevralın 8-dək Latviya və Litvada təşkil olunacaq.
Geri qayıt