Azərbaycan samboçuları Avropa çempionatını 10 medalla başa vurublar

Azərbaycanın samboçuları Serbiyanın Novi Sad şəhərində keçirilmiş Avropa çempionatını 10 medalla başa vurublar.
BrendSport.az xəbər verir ki, son olaraq, gənc və yeniyetmələrdən ibarət yığmaların ümumilikdə 7 üzvü fəxri kürsüyə qalxıb.
Gənclər arasında Nicat Rəhimov (64 kiloqram) və Xudabaxış Əliyev (71 kiloqram) 2-ci, Pünhan Göyüşov (79 kiloqram) 3-cü yeri tutublar.
Yeniyetmələrin mübarizəsində isə İsmayıl Əlipənahov (53 kiloqram), Nicat Süleymanlı (64 kiloqram), Roman Qarayev (79 kiloqram) və Hacıbaba İmaməliyev (+98 kiloqram) fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.
Beləliklə, Azərbaycanın sambo yığmaları Avropa çempionatında 10 medal (1 qızıl, 2 gümüş, 7 bürünc) qazanıb. Daha əvvəl böyüklər arasında Elvin Bağırov (64 kiloqram) qızıl, Nicat Məmmədli (58 kiloqram) və Rəsul Aydəmirov (98 kiloqram) bürünc medalın sahibi olub.
Facebook-da paylaş
