Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər



Portuqaliyalı baş məşqçi Joze Mourinyo Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisi ola bilər.

BrendSport.az
xəbər verir ki, hazırda komandaya rəhbərlik edən İsmayıl Kartala əvəzləyici axtaran İstanbul nəhəngi 61 yaşlı mütəxəssislə danışıqlara başlayıb.

“Sarı-lacivərdlilər”in idman direktoru Mario Branko növbəti mövsüm J.Mourinyo ilə çalışmaq istədiklərini bildirib. İyun ayında baş məşqçi postuna namizədlərlə görüşəcəklərini xatırladan funksioner şərtləri müzakirə etmək üçün hazır olduqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, Joze Mourinyonun son iş yeri yanvar ayında ayrıldığı İtaliyanın “Roma” klubu olub.


Facebook-da paylaş

Xəbəri paylaş