Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi ola bilər




İtaliyanın “Roma” klubunun baş məşqçisi Joze Mourinyo cari mövsümün başa çatmasından sonra İspaniyaya qayıda bilər.

BrendSport.az
xəbər verir ki, portuqaliyalı mütəxəssis “Real Madrid”də Karlo Ançelottini əvəz etmək üçün əsas namizədlərdən biridir.

Ançelottinin “kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədər nəzərdə tutulub. Artıq bir neçə aydır mətbuatda təcrübəli məşqçinin mövsümün sonunda Braziliya yığmasına başçılıq etmək niyyətində olduğu barədə məlumatlar yayılır.

Braziliya Futbol Federasiyası məlumatı təsdiqləsə də, tərəflər arasında hələ heç bir sənəd imzalanmayıb. İtaliyalı mütəxəssisin həmişəki kimi bütün diqqətini “Real”dakı işinə cəmlədiyi bildirilib.

İddiaya görə, “Real Madrid” klubunun prezidenti Florentino Peres Ançelottiyə yeni müqavilə təklif edərsə, baş məşqçi onu qəbul etməyə və komandada qalmağa hazırdır. Buna baxmayaraq, Madrid təmsilçisində məşqçi dəyişikliyi ehtimalı böyükdür. Bu vəzifəyə əsas namizəd isə Mourinyo hesab olunur.

O, 2010-2013-cü illərdə İspaniya təmsilçisinə başçılıq edib, sonra isə Ançelotti ilə əvəzlənib. İndi isə Madriddə italiyalını portuqaliyalı əvəz edə bilər.

Lakin “Roma”nın hazırkı baş məşqçisi “Real Madrid”in “sükan”ı arxasına yeganə namizəd deyil. Klubun iki əfsanəsinin – Zinəddin Zidan və Xabi Alonsonun namizədliyi də nəzərdən keçirilir.


Facebook-da paylaş

Xəbəri paylaş