Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib



Slovakiyanın “Slovan” klubunun baş direktoru İvan Kmotrik komandanın baş məşqçisi Vladimir Vayssın Azərbaycan milli komandasının sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

BrendSport.az
xəbər verir ki, o, Slovakiya mətbuatına açıqlamasında xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Klub rəsmisinin sözlərinə görə, 59 yaşlı mütəxəssis karyerasını “Slovan”da davam etdirmək niyyətindədir: “Vayss təklif alması barədə mənə məlumat verib. Söhbətimizdən aydın oldu ki, Slovakiyada qalmaq istəyir. Biz hətta klubun gələcək fəaliyyəti ilə bağlı müzakirələr etdik. İnanıram ki, ən qısa zamanda hər şey öz həllini tapacaq. Yeni mövsüm üçün birlikdə güclü və keyfiyyətli komanda quracaq, yenə də uğur qazanacağıq”.

Qeyd edək ki, Azərbaycan millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssislə ötən il noyabrın sonunda yollar ayrılıb.


Facebook-da paylaş

Xəbəri paylaş