Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” futbolçularının başqa komandalara transfer olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib



“Futbolçularımızın başqa komandalara transfer olunacağı və ya icarəyə veriləcəyi haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir”.

BrendSport.az
xəbər verir ki, bu haqda Bakı klubunun mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda bildirilib ki, media nümayəndələri bu cür xəbərləri dərc etməzdən əvvəl məlumatı klubun mətbuat xidməti ilə dəqiqləşdirməlidirlər:

“Əks halda, bu xəbərlərin şayiədən başqa heç bir əsası olmayacaq və xəbəri yayan media orqanının nüfuzuna xələl gətirə bilər”.

Qeyd edilib ki, qış transfer dönəmində hər hansı futbolçu başqa komandaya transfer olunanda və ya icarəyə veriləndə, bu haqda xəbəri rəsmi olaraq klubun mətbuat xidməti məlumat verəcək.


Facebook-da paylaş

Xəbəri paylaş