Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar



Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Tailandın paytaxtı Banqkokda davam etdirəcək.

BrendSport.az
xəbər verir ki, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 4 üzvü sözügedən şəhərə yollanıb.

Hazırlıqda Şamil Əsgərov (57 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram) və Alfonso Dominqes (92 kiloqram) iştirak edəcəklər. Mayın 10-da başlayacaq toplanış ayın 21-də yekunlaşacaq.

Toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.


Facebook-da paylaş

Xəbəri paylaş