Əsas Səhifə > Maraq > Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar
Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar9-05-2024, 21:20 |
![]() Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Tailandın paytaxtı Banqkokda davam etdirəcək. BrendSport.az xəbər verir ki, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 4 üzvü sözügedən şəhərə yollanıb. Hazırlıqda Şamil Əsgərov (57 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram) və Alfonso Dominqes (92 kiloqram) iştirak edəcəklər. Mayın 10-da başlayacaq toplanış ayın 21-də yekunlaşacaq. Toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır. Geri qayıt |