Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“El Klasiko”da zədələnən futbolçu Avropa çempionatını buraxa bilər



İspaniyanın "Barselona" klubunun və Niderland millisinin futbolçusu Frenki de Yonq Avropa çempionatını buraxa bilər.

BrendSport.az
xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin La Liqanın XXXII turunda "Real Madrid"lə oyunda (2:3) topuğundan zədə alması səbəb olub.

Mövsümü erkən başa vuran De Yonqun məşqlərə nə vaxt qayıdacağı və qitə birinciliyində iştirakı hələlik sual altındadır.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-nə kimi Almaniyanın 10 şəhərində təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş