Əsas Səhifə > Maraq > “El Klasiko”da zədələnən futbolçu Avropa çempionatını buraxa bilər

“El Klasiko”da zədələnən futbolçu Avropa çempionatını buraxa bilər


22-04-2024, 15:55


İspaniyanın "Barselona" klubunun və Niderland millisinin futbolçusu Frenki de Yonq Avropa çempionatını buraxa bilər.

BrendSport.az
xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin La Liqanın XXXII turunda "Real Madrid"lə oyunda (2:3) topuğundan zədə alması səbəb olub.

Mövsümü erkən başa vuran De Yonqun məşqlərə nə vaxt qayıdacağı və qitə birinciliyində iştirakı hələlik sual altındadır.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-nə kimi Almaniyanın 10 şəhərində təşkil olunacaq.
Geri qayıt