Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
Meksikanın “Tiqres” klubunun futbolçusu Nauel Qusman “Monterrey”lə ölkə çempionatı oyununda tribunadan rəqibin qapıçısı Esteban Andradenin gözünə lazer işığı saldığı üçün 11 oyunluq diskvalifikasiya olunub.
BrendSport.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyasının İntizam Komissiyası məlumat yayıb.
Qusman qarşılaşma boyu həmkarının gözünə lazer işığı salmaqla onun diqqətini yayındırmağa çalışıb. Argentina millisinin sabiq qolkiperi eyni zamanda cərimə ödəyəcək və ictimai işlərə cəlb olunacaq. Andrade isə görüşün ardından sosial şəbəkə vasitəsilə Qusmanı təhqir etdiyi üçün cərimələnib.
Qeyd edək ki, Meksika çempionatının XV turunun “Monterrey” – “Tiqres” matçı 3:3 hesabı ilə yekunlaşıb.
Facebook-da paylaş