Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub
![](/uploads/posts/2024-04/medium/1713498210_17134745041004264964_1200x630.jpg)
UEFA Avropa Liqasında yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub.
BrendSport.az xəbər verir ki, İtaliya təmsilçisi "Atalanta" doğma meydanda İngiltərənin "Liverpul"una 0:1 hesabı ilə məğlub olsa da, ilk oyunda aldığı 3:0 hesablı üstünlüyə görə adını yarımfinala yazdırıb.
1/4 final mərhələsinin İtaliya duelində "Roma" və "Milan" komandaları üz-üzə gəliblər. İlk matçda rəqibinə 1:0 hesabı ilə qalib gələn "canavarlar" bu dəfə də üstün olaraq yarımfinala adlayıblar - 2:1.
Almaniya "Bayer"i İngiltərədə "Vest Hem"lə 1:1 hesablı heç-heçə etsə də, ilk görüşdə (2:0) qazandığı qələbə sayəsində 1/2 finala vəsiqə əldə edib.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)