Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb



Moldovanın paytaxtı Kişineuda keçirilən piramida üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan bilyardçıları Vətənə qayıdıblar.

BrendSport.az
xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, KİV təmsilçiləri və idmançıların yaxınları qarşılayıblar.

Azərbaycan millisi qitə birinciliyini iki medalla başa vurub. Yığmanın heyətində Tofiq Quliyev qızıl, Niyazi Xələfov isə bürünc medalın sahibi olublar. Yarışda 7 ölkədən 70 idmançı iştirak edib.


Facebook-da paylaş

Xəbəri paylaş