Əsas Səhifə > Maraq > Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb


17-04-2024, 18:20


Moldovanın paytaxtı Kişineuda keçirilən piramida üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan bilyardçıları Vətənə qayıdıblar.

BrendSport.az
xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, KİV təmsilçiləri və idmançıların yaxınları qarşılayıblar.

Azərbaycan millisi qitə birinciliyini iki medalla başa vurub. Yığmanın heyətində Tofiq Quliyev qızıl, Niyazi Xələfov isə bürünc medalın sahibi olublar. Yarışda 7 ölkədən 70 idmançı iştirak edib.
Geri qayıt