Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ramil Şeydayev Türkiyə çempionatında cəzalı duruma düşə bilər



Azərbaycan millisinin və Türkiyənin “Kocaelispor” klubunun futbolçusu Ramil Şeydayev sarı vərəqə limitindədir.

BrendSport.az
xəbər verir ki, 28 yaşlı hücumçu Türkiyə I Liqasında “Ümraniyəspor”a qarşı keçirəcəkləri XXXI tur matçında rəsmi xəbərdarlıq alacağı təqdirdə cəzalı duruma düşəcək. Nəticədə o, növbəti turun “Bandırmaspor”la ev qarşılaşmasında komandasına kömək edə bilməyəcək.

“Giresunspor”a qalib gəldikləri (2:0) görüşün 16-cı dəqiqəsində cəzalandırılan təcrübəli forvardın passivində hazırda 3 sarı vərəqə var.

Qeyd edək ki, Ramil Şeydayev bu mövsüm Kocaeli təmsilçisinin heyətində ümumilikdə 11 matçda 1 qolla yadda qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş