Tomas Müller karyerasını bitirmək istəyir
Almaniya millisinin və "Bavariya"nın futbolçusu Tomas Müller karyerasını bitirmək niyyətindədir.
BrendSport.az xəbər verir ki, 34 yaşlı hücumçu hazırkı komandası ilə müqaviləsi başa çatdıqdan sonra təqaüdə çıxmağı planlaşdırır.
Bundesliqa nəhəngi karyerasını sonlandırmaq istəyən futbolçunun klubdakı xidmətlərinə görə ona vəzifə vermək istəyir. Bildirilib ki, rəhbərlik almaniyalı oyunçuya gənclərdən ibarət komandalardan birinin məşqçisi olmağı təklif edəcək.
Qeyd edək ki, 2008-ci ildən “Bavariya”nın əsas komandasında forma geyinən Tomas Müller 469 oyun keçirib, 147 qol və 204 məhsuldar ötürmə ilə yadda qalıb.
Facebook-da paylaş