Tomas Müller UEFA Çempionlar Liqasının bombardirlər siyahısında ilk onluğa daxil olub
Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Atletiko Madrid” – “Bavariya” oyunu Münxen təmsilçisinin təcrübəli futbolçusu Tomas Müller üçün əlamətdar olub.
BrendSport.az xəbər verir ki, 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə T.Müller fərqlənməklə yeni rekord müəyyənləşdirib. Futbolçu UEFA Çempionlar Liqasında 47-ci qolunu vuraraq və qitənin ən nüfuzlu klub turnirinin bombardirlər siyahısında ilk “10-luğ”a düşməyə daxil olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında ən çox qol vuran futbolçu “Yuventus” klubunda çıxış edən Kriştiano Ronaldodur. Onun aktivində 131 qol var. “Barselona” komandasının argentinalı hücumçusu Lionel Messi 118 qolla ikinci, “Bavariya”nın polşalı forvardı Robert Levandovski isə 71 topla üçüncü sırada qərarlaşıblar.
Facebook-da paylaş