Məhəmməd Əlinin məşhur döyüşdə geyindiyi şort hərraca çıxarılıb
Mərhum boksçu Məhəmməd Əlinin döyüşlərdən birində geyindiyi şortu satışa çıxarılıb.
BrendSport.az xəbər verir ki, bu məlumat “Lot Sothebi” auksion evinin saytında yer alıb.
Onun 1975-ci il oktyabrın 1-də Co Freyzerə qarşı görüşdə geyindiyi ağ və qara rəngdə olan şortlarının 4-6 milyon dollara satılacağı ehtimal olunur.
Həmin formada 2016-cı ildə vəfat edən dünyaşöhrətli idmançının imzası var.
Qeyd edək ki, boks tarixinə “Manilada triller” kimi yazılan görüşdə Məhəmməd Əli rəqibini 14 raundun sonunda məğlub etməyi bacarıb.
Facebook-da paylaş