Əsas Səhifə > Maraq > Məhəmməd Əlinin məşhur döyüşdə geyindiyi şort hərraca çıxarılıb
Məhəmməd Əlinin məşhur döyüşdə geyindiyi şort hərraca çıxarılıb3-04-2024, 17:40 |
Mərhum boksçu Məhəmməd Əlinin döyüşlərdən birində geyindiyi şortu satışa çıxarılıb. BrendSport.az xəbər verir ki, bu məlumat “Lot Sothebi” auksion evinin saytında yer alıb. Onun 1975-ci il oktyabrın 1-də Co Freyzerə qarşı görüşdə geyindiyi ağ və qara rəngdə olan şortlarının 4-6 milyon dollara satılacağı ehtimal olunur. Həmin formada 2016-cı ildə vəfat edən dünyaşöhrətli idmançının imzası var. Qeyd edək ki, boks tarixinə “Manilada triller” kimi yazılan görüşdə Məhəmməd Əli rəqibini 14 raundun sonunda məğlub etməyi bacarıb. Geri qayıt |