Azərbaycanlı hakim-inspektor Yunanıstan yığmasının oyununa təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
BrendSport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununda iş başında olacaq.
Asim Xudiyev Yunanıstan – Andorra qarşılaşmasının hakim-inspektoru kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, görüş martın 26-da baş tutacaq.
Facebook-da paylaş