Azərbaycanın 3 taekvondoçusu lisenziya turnirinə qatılacaq
Azərbaycanın 3 taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində iştirak edəcək.
BrendSport.az xəbər verir ki, yarışda Milad Beiqi Harçeqani (+80 kq), Zemfira Həsənzadə (49 kq) və Nigar Abdullayeva (57) mübarizə aparacaqlar.
Kişilərdən ibarət yığmaya Məmməd Abdullayev, qadınlardan ibarət milliyə isə Sun Mi Park rəhbərlik edəcək. Bu gün Sofiyaya yollanan taekvondoçular martın 9-10-da qüvvələrini sınayacaqlar. Komanda ayın 11-də Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycan taekvondo millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 1 lisenziya qazanıb.
Facebook-da paylaş