Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan cüdoçuları Türkiyədə Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar



Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk gününündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

BrendSport.az
xəbər verir ki, oğlanların mübarizəsində arasında Bahadır Feyzullayev (50 kq) və Nihad Məmişov (55 kq) qızıl medal əldə ediblər.

Qüdrət Yusif (55 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov və Kənan Sadıqov (hər ikisi 66 kq) bürünc medala sahib olublar.

Qızlar arasında Xədicə Abdullayeva (40 kq) və Vüsalə Hacıyeva (52 kq) qızıl, Leyla Ələkbərova (44 kq) və Aysun Məmmədova (52 kq) gümüş, Nərmin Məmmədli (44 kq) və Diana Eldarova (48 bürünc mükafat qazanıblar.

Qeyd edək ki, turnir sabah başa çatacaq.


Facebook-da paylaş

Xəbəri paylaş