Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmə cüdoçularımızdan Polşada uğurlu start

Yeniyetmə cüdoçularımızdan Polşada uğurlu start




Azərbaycan cüdoçuları Polşanın Bielsko Biala şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku turnirinə uğurla start veriblər.
BrendSport.az xəbər verir ki, millimizin turnirin ilk günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.
Oğlanların yarışında Əhməd Rüstəmov, Məhəmməd Məmişov (hər ikisi 50 kq) və Cəsur İbadlı (66 kq) bürünc medala sahib olublar.
Qızların mübarizəsində 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacızadə bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xədicə Qədəşova (52 kq) isə turniri gümüş medalla başa vurub.
Turnirə bu gün yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş