UEFA "Qarabağ"ın futbolçusu və məşqçisi ilə bağlı qərarını açıqlayıb
UEFA İntizam Komitəsi Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovla bağlı qərarını açıqlayıb.
BrendSport.az xəbər verir ki, həm futbolçuya, həm də məşqçiyə 1 oyunluq cəza verilib.
Komandanın hər iki üzvü Avropa Liqasının 1/8 finalında “Bayer 04”ə (Almaniya) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.
Qitə futbol qurumu həmçinin sarı vərəqə limitini dolduran Julio Romaonun da 1 oyunluq cəzaya məruz qaldığını açıqlayıb.
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü isə bundan bir həftə sonra Leverkuzen şəhərində baş tutacaq.
Facebook-da paylaş